Şirvanda ağır qəza oldu: ölən və xəsarət alan var - Foto
Tarix: 30-05-2020 17:01 | Bölmə: Xəbərlər
Şirvanda ağır qəza oldu: ölən və xəsarət alan var

Şirvanda baş verən qəzada ölən və xəsarət alanın kimliyi məlum olub.

Məlumata görə, Hacıqabul rayon sakini, 1999-cu il təvəllüdlü Ağayev Yaşar Bəkir oğlu idarə etdiyi “VAZ-2106” markalı 24 BC 805 dövlət nömrə nişanlı avtomobili qarşı tərəfin yoluna çıxararaq dönmə əməliyyatı edən şəhərdaxili marşrut üzrə işləyən 10 MZ 256 dövlət nömrə nişanlı mikroavtobusa çırpıb.

Nəticədə minik avtomobilində olan sərnişin Hacıqabul rayon sakini, 1998-ci il təvəllüdlü İsmayılov Fərid Azər oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Digər sərnişin, Hacıqabul rayon sakini, 1999-cu il təvəllüdlü Həmidov Maşallah Məhərrəm oğlu Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Sürücü yüngül xəsarət alıb.

Qəza zamanı mikroavtobus “Şəhidlər xiyabanı”nın hasarına çırpılıb.

Hadisə yerinə FHN-nin Şirvan yanğından mühafizə xidmətinin xilasediciləri cəlb edilib. Ölən şəxsin sıxılmış meyiti deformasiyaya uğrayan avtomobildən xüsusi avadanlığın köməyi ilə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Şirvan rayon Polis Şöbəsində araşdırma aparılır/APA.

Şirvanda ağır qəza oldu: ölən və xəsarət alan var




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}