17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
190 min şagird buraxılış imtahanlarında iştirak edəcək
Tarix: 01-06-2020 11:27 | Bölmə: Xəbərlər
190 min şagird buraxılış imtahanlarında iştirak edəcək

“Artıq iyun ayı üçün keçirilməsi nəzərdə tutulan buraxılış imtahanlarının cədvəl qrafiki açıqlanıb. 190 000 şagird bir ay ərzində buraxılış imtahanlarında iştirak etməlidir. Onlardan 94 mini 11-ci sinfin məzunlarıdır”.

Reyting.az
xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.

Onun sözlərinə görə, təxminən 45 min insan hər həftə imtahana qatılacaq: “1500-ə yaxın məktəb binası imtahanlar üçün ayrılıb və həmin yerlərə tərəfimizdən baxış keçirilib. Binaların hazırlığı ciddi məsələ idi. Çünki binanın sanitar-gigiyena qaydalarına uyğun hazırlanması mütləq idi”.

DİM sədri qeyd edib ki, bu gündən etibarən imtahanlara buraxılış vərəqələrinin çapına başlanılıb: “İmtahanlarda iştirak edəcək şəxslər mütləq “Yaddaş kitabçası” da əldə etməlidirlər. İmtahana hər bir şəxs qoruyucu tibbi maska ilə gəlməlidir”.

Məleykə Abbaszadə deyib ki, elə kənd məktəbləri var ki, modul tiplidir:

"Onlarında cəmi 5-10 məzunu olur. Az məzunu olan məktəblərdə imtahan keçirə bilmirik. Ona görə də daha təmirli və böyük tutumu olan məktəb seçmişik ki, digər ətraf ərazilərdə olan abituriyentlər gələ bilsin”.

O bildirib ki, hər bir abituriyent şəxsi kabinetinə daxil olaraq hansı binada imtahan verəcəyini öyrənə bilər.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}