Paşinyan: "Ermənistanda vəziyyət fəlakət həddindədir"
Tarix: 03-06-2020 15:03 | Bölmə: Dünya
Paşinyan: "Ermənistanda vəziyyət fəlakət həddindədir"

"Ermənistanda koronavirusla bağlı vəziyyət fəlakət həddindədir".

“Novosti Armeniya” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkə əhalisinə videomüraciətində bildirib.

O, son günlər Ermənistanda koronavirusa yoluxma və pandemiyadan ölüm hallarının çoxalmasından narahatlığını vurğulayaraq deyib: “Bu fəlakətdir”.

Nikol Paşinyan vətəndaşlardan fövqəladə vəziyyət rejiminin şərtlərini pozanların foto və videolarını çəkib ona göndərilməsini istəyib.

Qeyd edək ki, Ermənistanda son sutkada daha 515 nəfərdə koronavirus aşkarlanıb, 12 nəfər ölüb. Ölkə üzrə virusa yoluxanların sayı 10 524-ə, ölənlərin sayı isə 170-ə yüksəlib/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}