16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Tramp yenidən tibbi müayinədən keçib
Tarix: 04-06-2020 00:35 | Bölmə: Dünya
Tramp yenidən tibbi müayinədən keçib

Prezident Donald Tramp ABŞ administrasiyasının 45-ci rəhbəri qismində yenidən tibbi müayinədən keçib.

Ağ ev rəsmisi Keyli Makinani bildirib ki, tibbi müayinə ilə bağlı bəzi təfərrüatlar sonra açıqlanacaq: “Ancaq bir sözlə, prezident sağlamdır”.

Qeyd edək ki, ABŞ prezidentləri tibbi müayinə keçməyə məcbur deyillər, lakin 37-ci administrasiya başçısı Riçard Niksonun (1913-1994) dövründən bu, adi hal alıb.

Əvvəl belə hallarda HDQ-nin Vaşinqton yaxınlığındakı Betesda yaşayış məntəqəsində yerləşən tibb mərkəzinin həkimləri adətən tibbi müayinənin nəticələrinə prezidentin səhhətinin ona səlahiyyəti başa çatanadək vəzifəsini icra etməyə imkan verdiyi barədə imza da atırdılar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}