16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Nazir MMC-yə direktor təyin etdi
Tarix: 04-06-2020 12:24 | Bölmə: Xəbərlər
Nazir MMC-yə direktor təyin etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus "Təhlükəli Tullantılar" MMC-yə direktor təyin edilib.

Reyting.az
xəbər verir ki, bu, nazirliyin əməkdaşı Namiq Xankişiyevdir.

O, yeni vəzifəsində Firuddin Əliyevi əvəz edib.

Xatırladaq ki, "Təhlükəli Tullantılar" MMC 2004-ci ildə Sumqayıt şəhəri ərazisində civə ilə çirklənmiş torpaqların zərərsizləşdirilməsi məqsədi ilə yaradılıb. Nizamnamə kapitalı 200 manat olan şirkət həm də ölkə ərazisində ətraf mühit və insan sağlamlığı üçün təhlükə yarada biləcək tullantıların zərərsizləşdirilməsi və utilizasiyası ilə məşğuldur.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}