17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Aqil Abbas: “Şuşanın 270 illiyi keçirilsin!”
Tarix: 05-06-2020 11:27 | Bölmə: Xəbərlər
Aqil Abbas: “Şuşanın 270 illiyi keçirilsin!”

"Şuşanın yaranmasının 270 illiyi ilə bağlı tədbirlər keçirilməsini təklif edirəm".

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

O bildirib ki, Qarabağ xanlığının və Şuşanın tarixinə laqeydlik edilir: “Bu il Şuşanın yaranmasının 270 illiyi tamam olur. Bu məsələ gündəmə gəlməlidir. Tariximizə qarşı bu qədər laqeydlik olmaz. Mən burada əyləşən deputat həmkarlarımı da bu məsələdə aktivlik göstərməyə çağırıram. Xahiş edirəm, xanım sədr, siz də bu məsələni qaldırasınız”.

Qeyd edək ki, bir neçə gün öncə Ümid Partiyasının sədri İqbal Ağazadə də bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə, Birinci vitse-prezidentə və ictimaiyyət nümayəndələrinə müraciət edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}