Bölgələrə dolu yağıb, Bakıda külək güclənib
Tarix: 05-06-2020 21:12 | Bölmə: Xəbərlər
Bölgələrə dolu yağıb, Bakıda külək güclənib

Şəmkir, Tərtər, Zaqatala, Bərdəyə yağış yağıb.

Reyting.az
xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidməti açıqlayıb.

Xidmətin 5 iyun saat 20:00-а olan məlumatına əsasən, Tərtər rayonunun Qarağacı kəndinə saat 16:05-16:10 radələrində diametri 1,2-1,5 mm, Tovuz rayonunun Haçıqaya kəndinə saat 16:30 radələrində, Gədəbəy rayonunun Xarxar, Samanlı və Zəhmət kəndlərinə isə saat 16:40 radələrində xırda dənəli dolu düşüb.

Şimal-qərb küləyi Naftalan, Gəncədə 24 m/s, Tovuzda 23 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 23m/s, Maştağa, Qum adasında 20 m/s, Sumqayıt, Binə, Çilov adası, Zabrat, Neft Daşlarında 17 m/s- dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,2 metrə çatıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}