Polis alayı tam tərkibdə istefa verib
Tarix: 06-06-2020 19:25 | Bölmə: Xəbərlər
Polis alayı tam tərkibdə istefa verib

ABŞ-ın Buffalo şəhərinin çevik polis komandası 2 üzvünün mühakimə olunmasından sonra istefa verib.

Reyting.az
“The Hill”-ə istinadla xəbər verir ki, Cümə axşamı yayımlanan videogörüntülərdə Buffalo şəhərində polisin silahsız 75 yaşlı kişini yerə yıxaraq öldürdüyü əks olunub.

Başının qanı beton üzərinə tökülən ahıl şəxsə heç bir kömək göstərilməyib.

Buna cavab olaraq şəhər rəsmiləri polis məmurunun davranışını qınayıb.

Hadisədən sonra 2 nəfər məsuliyyətə cəlb olunub.

57 nəfərdən ibarət çevik polis alayının istefası da rəsmən təsdiqlənib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}