Prezident erməni əsilli naziri müdafiə etdi
Tarix: 06-06-2020 20:48 | Bölmə: Xəbərlər
Prezident erməni əsilli naziri müdafiə etdi

Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, daxili işlər naziri Arsen Avakov Pavla Şeremetin qətli ilə bağlı işi axıra çatdırmalıdır və hələ ki ondan yaxşı nazir yoxdur.

Reyting.az
Ukrayna KİV-nə istinadla bildirir ki, o, bunu Jurnalistlər günü ilə bağlı “Zalesye” iqamətgahındakı qeyri-rəsmi müraciətində söyləyib.

“Mən hesab edirəm ki, o, Şeremetin işini başa çatdırmalıdır”, - prezident vurğulayıb.

Zelenski eyni zamanda hesab edir ki, hələ ki Avakovdan yaxşı daxili işlər naziri yoxdur.

“Mən hesab edirəm ki, o, həqiqətən güclü nazirdir”, - Zelenski deyib.

Qeyd edək ki, dünən xalq deputatları daxili işlər naziri Arsen Avakovun Brovaraxdakı atışma, qadının Kaqarlıqdakı polis məntəqəsində zorlanması və ölkədəki digər hay-küylü hadisələrlə bağlı hesabatını dinləyiblər. Bu zaman Ali Radanın və Nazirlər Kabinetinin yaxınlığında etiraz aksiyası keçirənlər Arsen Avakovun istefasını tələb ediblər.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}