14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Komitənin sabiq vitse-prezidenti vəfat edib
Tarix: 07-06-2020 11:24 | Bölmə: Xəbərlər
Komitənin sabiq vitse-prezidenti vəfat edib

Azərbaycan idmanına ağır itki üz verib.

Reyting.az
Apasport-a istindala xəbər verir ki, ölkə idmanında müxtəlif vəzifələrdə işləmiş Şaiq Həmidov vəfat edib.

Milli Paralimpiya Komitəsinin sabiq vitse-prezidenti bu gün 69 yaşında dünyasını dəyişib.

O, 1983-cü ildən 1995-ci ilə kimi "Spartak" Könüllü İdman Cəmiyyəti Mingəçevir Şəhər Şurasının sədri, 2006-cı ildən 2013-cü ilə qədər Azərbaycan Milli Paralimpiya Futbolu İctimai Birliyinin vitse-prezidenti, Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti və Milli Paralimpiya Komitəsinin icraçı direktoru vəzifələrində işləyib.

2008-ci ildə Pekin, 2012-ci ildə London Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini olub. Ş. Həmidov həmçinin AFFA-da hakim inspektor kimi təyinat alıb.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}