İtkin düşmüş şəxsin gizlədilmiş meyiti tapılıb
Tarix: 26-06-2020 13:50 | Bölmə: Xəbərlər
İtkin düşmüş şəxsin gizlədilmiş meyiti tapılıb

İyunun 16-da Bakının Nizami rayonu ərazisində yaşayan Nazim Musayevin evdən çıxaraq geri qayıtmaması barədə 25-ci Polis Şöbəsinə müraciət daxil olub.

Bakı şəhər sakini Nazim Musayevin 16 iyun 2020-ci il tarixdən itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılan təxirə salınmaz əməliyyat-axtarış tədbirləri zamanı şübhəli şəxs kimi Ziyəddin Seyidovun izahatı alınıb. Z. Seyidov N. Musayevi öldürdüyünü etiraf edib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, prokurorluq və polis əməkdaşlarının keçirdiyi istintaq-əməliyyat tədbirləri zamanı Nazim Musayevin meyiti Ziyəddin Seyidovun qeyd etdiyi ünvanda – onun işlədiyi işlədiyi Beyləqan rayonu Yuxarı Aran kəndi ərazisində yerləşən fermanın həyətində aşkar edilib. Məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə ilkin baxış zamanı bədəni üzərində zorakılıq əlamətləri aşkar olunub.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Z. Seyidov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutularaq istintaqa cəlb olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}