Sabir Rüstəmxanlı: “Artıq Böyük vətən yoxdur”
Tarix: 27-06-2020 11:08 | Bölmə: Xəbərlər
Sabir Rüstəmxanlı: “Artıq Böyük vətən yoxdur”

“1918-1920-ci illərdə Azərbaycanın müstəqilliyini, sonradan Qızıl Ordunun ölkəmizdə törətdiyi vəhşilikləri, 30-cu illərdə Azərbaycandakı repressiyaları, köçürmələri görənlər əslində faizm üzərində qələbəni Böyük Vətən müharibəsi hesab etmir. Hətta müharibədə iştirak edən azərbaycanlıların bir hissəsi xaricdə Düdənginskinin rəhbərliyi ilə yaradılan Azərbaycan legionunda təmsil olunub, Rəsulzadənin dəsti-xətti ilə əsirlikdən xilas olanlar bu mövqeyi qəbul etmirdi”.

Bu fikirləri Reyting.az-a Xalq şairi, deputat Sabir Rüstəmxanlı iyunun 24-də Moskvada II Dünya müharibəsində qələbənin 75-ci il dönümü münasibətilə keçirilən hərbi parad haqqında danışarkən deyib.

Sabir Rüstəmxanlı əlavə edib ki, bununla belə respublikada yaşayan əhalinin əksəriyyəti gələn bəlanı - faşizmi görür və buna qarşı Sovet ordusunun tərkibində vuruşurdu: “Faşizm bəla idi və onun nə ilə nəticələnə biləcəyini də anlayırıq. Amma artıq “Böyük vətən” anlayışı yoxdur. Zamanında olan Böyük vətən indi ayrı-ayrı müstəqil respublikalara parçalanıb. Bu dövlətlərin on minlərlə nümayəndələri faşizmə qarşı vuruşub, həyatından keçib. Digər ölkələrin çöllərində nə qədər azərbaycanlı əsgərlərin məzarları var. Bunları unutmaq olmaz. Biz onların xatirəsini hər il mayın 9-da xatırlayacağıq. Amma bu, faşizm üzərində qələbə kimi yad ediləcək. Ancaq Böyük Vətən müharibəsi kimi yox. Çünki atıq Böyük vətən yoxdur”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}