Klinikadakı partlayışda 19 nəfər ölüb - Yenilənib
Tarix: 01-07-2020 01:01 | Bölmə: Xəbərlər
Klinikadakı partlayışda 19 nəfər ölüb

İranın paytaxtı Tehran şəhərinin şimalındakı klinikalardan birində güclü partlayış baş verib. İlkin məlumata görə, partlayış və yanğın nəticəsində azı 13 nəfər həlak olub.

Bu barədə “Fars” agentliyi həkimlərə istinadla məlumat yayıb.

Hadisə zamanı daha altı nəfərin yaralandığı bildirilir.

İranın digər KİV-ləri isə partlayışda ölənlərin sayının 18-ə çatdığını yazırlar.

***

İranın paytaxtı Tehrandakı klinikalardan birində baş vermiş partlayış və yanğın nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

Bu barədə Yanğınsöndürmə Xidmətinin nümayəndəsi Cəlal Maliki bildirib.

Daha əvvəl hadisə zamanı 18 nəfərin öldüyü qeyd edilirdi. Səhiyyə nazirinin müavini İraca Harirçi bildirib ki, hadisə zamanı binada 25 nəfər olub.


Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}