İsveçrə Azərbaycana məhdudiyyət tətbiq edib - Səbəb
Tarix: 03-07-2020 10:37 | Bölmə: Xəbərlər
İsveçrə Azərbaycana məhdudiyyət tətbiq edib

İsveçrə federal hökuməti koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq üçün 29 ölkəyə səyahət məhdudiyyəti tətbiq edib.

Reyting.az
-ın məlumatına görə, bu barədə xarici mətbuata xəbər verir.

Məlumata görə, siyahıya pandemiyanın tüğyan etdiyi ABŞ, Braziliya, Rusiya və İsveç kimi ölkələrlə yanaşı Azərbaycan, Ermənistan, Səudiyyə Ərəbistanı, Qətər də daxil edilib.

Bundan başqa, həmin ölkələrə tətilə gedib-qayıtmış İsveçrə vətəndaşlarına qarşı 10 günlük karantin rejimi tətbiq olunacaq. Federal hökumətin açıqlamasına görə, iyunun ortalarından bəri İsveçrədə koronavirusa yoluxmalar yenidən artmağa başlayıb. Artımın əsas səbəbi Şengen bölgəsi və digər ölkələrdən İsveçrəyə daxil olan insanlarda yoluxma hallarının çox olmasıdır. İyulun 6-dan səyahət məhdudiyyətinin tətbiq edimədiyi ölkələrdən daxil olan şəxslər də 10 günlük karantinə alınacaq.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}