16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycanda daha bir həkim koronavirusdan ölüb
Tarix: 03-07-2020 13:33 | Bölmə: Xəbərlər
Azərbaycanda daha bir həkim koronavirusdan ölüb

Azərbaycanda daha bir həkim koronavirusdan ölüb.

Məlumata görə, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun 70 yaşlı həkim-bronxoloqu, bu tibbi müəssisənin sabiq direktoru Faiq Ağayev ötən gecə koronavirusa görə müalicə aldığı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında vəfat edib.

ATU-dan məlumatı təsdiqləyiblər.

Bildirilib ki, Ağayev Faiq Firuddin oğlu klinikaya 26 iyunda daxil olmuşdu:

“Xəstə 3 iyul, saat 03:00-da vəfat edib. Xəstənin COVID-19, ikitərəfli pnevmoniya, eyni zamanda, kəskin ürək-ağciyər çatışmazlığı, ürəyin işemik xəstəliyi, xroniki ürək çatışmazlığı, hipertoniya xəstəlikləri olub”./Oxu.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}