Türkiyədəki partlayışda çoxsaylı insan yaralanıb
Tarix: 03-07-2020 15:41 | Bölmə: Dünya
Türkiyədəki partlayışda çoxsaylı insan yaralanıb

Türkiyənin Sakarya vilayətində fişəng istehsal edən fabrikdə partlayış baş verib.

Yerli vaxtla saat 11:15-də Hendek rayonunda yerləşən fabrikdə ard-arda bir neçə şiddətli partlayış olub.

Sakarya valisi Çetin Oqtay Kaldırım bildirib ki, hadisə nəticəsində 56 nəfərə çatıb.

Onun sözlərinə görə, fabrikin anbarında 110 ton partlayıcı maddə var.

Vali deyib ki, partlayışlar davam etməkdədir.

Çetin Oqtay Kaldırım qeyd edib ki, partlayıcı maddələr kimyəvi tərkili olduğundan zəhərli tüstü əraziyə yayılıb və əhaliyə xəbərdarlıq edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
18-03-2024, 10:41 Niger İrana uran verir?

{sape_links}{sape_article}