Azərbaycanda 2 polis zabiti koronavirusdan ölüb
Tarix: 06-07-2020 10:49 | Bölmə: Xəbərlər
Azərbaycanda 2 polis zabiti koronavirusdan ölüb

Azərbaycanda 2 polis əməkdaşı koronavirusdan ölüb.

Məlumata görə, Bakı şəhərində xəstəxanada müalicə olunan həmin şəxslərdən biri iyulun 1-də, digəri isə iyulun 4-də dünyasını dəyişib.

Həmin şəxslər polis polkovnik-leytenantı və polis mayoru rütbəsində olublar.

Məlumata görə, polis polkovnik-leytenantının ölümündən bir gün əvvəl anası da vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}