"Klinikadakı 1200 koronaviruslu xəstədən çoxu sağalıb"
Tarix: 06-07-2020 17:28 | Bölmə: Xəbərlər
"Klinikadakı 1200 koronaviruslu xəstədən çoxu sağalıb"

“Bu günə qədər Yeni Klinika Tibb Müəssisəsinə 1 200 koronaviruslu xəstə gətirilib. Artıq onların böyük hissəsi müalicə olunaraq sağalıb və evə buraxılıb".

Bunu klinikanın direktoru Pərviz Abbasov Real TV-yə müsahibəsində deyib.

O qeyd edib ki, hazırda klinikada 350-yə yaxın koronaviruslu xəstənin müalicəsi davam etdirilir.

Pərviz Abbasov ki, Yeni Klinikanın reanimasiya şöbəsi tam şəkildə süni tənəffüs cihazı ilə təmin edilib və hamısı da işlək vəziyyətdədir: “Eyni zamanda bütün çarpayılarda oksigen çıxışı var. Təbii ki, oksigen təminatı COVID-19 dönəmi üçün hesablanmayıb. Çünki oksigen təminatı daha çox əməliyyat olunan xəstələrə görə nəzərdə tutulurdu. Odur ki, indiki şəraitdə virusun yayılması kütləvi hal aldığından bütün dünyadakı xəstəxanalarda oksigen problemi var”.

P.Abbasov qeyd edib ki, süni tənəffüs cihazı ilə bağlı klinikada heç bir problem yoxdur: “Bildiyim qədəri ilə də iri tibb müəssisələrində də mövcud problem müşahidə olunmur”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}