16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Daha bir rayonda yas mərasimi keçirənlər cərimələnib
Tarix: 06-07-2020 18:34 | Bölmə: Xəbərlər
Daha bir rayonda yas mərasimi keçirənlər cərimələnib

Ağsu Rayon Polis Şöbəsinə rayonun Ülgüc kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Reyting.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gəlib və orada karantin rejim qaydalarının pozulduğu aşkar edilib.

Mərasim polis əməkdaşları tərəfindən dayandırılıb və orada olanlardan 10 nəfər polis şöbəsinə dəvət edilərək barələrində inzibati tənbeh tədbirləri görülüb.

Karantin rejiminin qaydaları və tələbləri onların diqqətinə çatdırılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}