Bakının bəzi ərazilərini üfunət iyi bürüyüb
Tarix: 06-07-2020 23:40 | Bölmə: Xəbərlər
Bakının bəzi ərazilərini üfunət iyi bürüyüb

Bakı şəhərinin Nərimanov və Binəqədi  rayonlarında ətrafa kəskin iyin - qoxunun yayılması ilə bağlı ETSN-nin mütəxəssisləri tərəfindən araşdırma aparılıb.

Bunu "Report"a açıqlamasında ETSN-in Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib. 

İy - qoxunun son günlər müşahidə edilən yüksək temperaturun və durğun hava şəraitinin üstünlük təşkil etməsi səbəbindən kanalizasiya sularının axıdıldığı Böyük Şor gölündən yayıldığı ehtimal edilir.
O, qeyd edib ki, mütəxəssislər tərəfindən sözügedən ərazidə monitorinq keçirilib, atmosfer havasından nümunələr götürülüb. Sabah bu barədə daha dəqiq məlumat veriləcək.

***

Bakının bəzi ərazilərini üfunət iyi bürüyüb.

"Report"un xəbərinə görə, pis qoxu paytaxtın Binəqədi rayonunda daha çox hiss olunur.

Eyni zamanda üfunət iyi Nərimanov və digər rayonların ərazilərini də bürüyüb.

Hazırda atmosfer qatında mövcud olan qoxunun səbəbləri məlum deyil.

Qeyd edək ki, bir neçə gün öncə Binəqədi rayonundakı “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı fabrikə yaxın ərazilərdə havaya qatı tüstü yayılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ESTN) "Report"a bildirildi ki, məsələ araşdırılır. Yanğının ətraf mühitə təsirini müəyyənləşdirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları dərhal hadisə yerinə yollanıb, ərazidə monitorinq keçirib və atmosfer havasından nümunələr götürüblər.

Analizlərin nəticələrinə əsasən, yanğının baş verdiyi ərazinin ətrafında dəm qazı 5,6, benzol 1,3, toluol 1,2, etil benzol 23,3, meta-ksilol 2,7, orto ksilol 2,4 dəfə yol  verilən qatılıq həddini keçib. Ərazidəki atmosfer havasının hazırkı vəziyyətinin öyrənilməsi məqsədilə, bu gün fabrikə yaxın yaşayış məntəqələrində havadan təkrar nümunələr götürülüb və nəticəsi barədə əlavə məlumat veriləcək. 




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}