Dünyada 12 milyondan çox insan koronavirusa yoluxub
Tarix: 09-07-2020 09:25 | Bölmə: Xəbərlər
Dünyada 12 milyondan çox insan koronavirusa yoluxub

Dünyada koronavirusa (COVID-19) yoluxanların ümumi sayı 12 milyon nəfəri ötüb.

“RİA Novosti”nin xəbərinə görə, bu barədə Cons Hopkins Universitetinin ümumiləşdirilmiş son hesabatında bildirilib.

Məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 12 007 327 nəfərə çatıb. Yeni növ virusdan 548 799 nəfərin öldüyü, 6 533 436 nəfərin isə sağaldığı qeyd edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}