Lavrov nazirlərlə danışdı: "Atəşi dərhal dayandırın"
Tarix: 13-07-2020 19:28 | Bölmə: Xəbərlər
Lavrov nazirlərlə danışdı: "Atəşi dərhal dayandırın"

Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan – Ermənistan sərhədindəki vəziyyəti hər iki ölkədən olan həmkarları - Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla telefonla müzakirə edib və münaqişə tərəflərini dərhal atəşi dayandırmağa çağırıb.

Reyting.az
Report-a istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bu barədəki açıqlamasında aşağıdakıları bildirib:

“Ermənistan – Azərbaycan sərhədindəki vəziyyət müzakirə olunub. Sergei Lavrov tərəfləri qəbul etdikləri öhdəlikləri, həmçinin ATƏT-in Minsk qrupu həmsədrləri olan Rusiya, ABŞ və Fransa nümayəndələrinin, ATƏT-in fəaliyytdəki sədrinin şəxsi köməkçisinin təkliflərini nəzərə almaqla atəşi dərhal dayandırmağa, təmkinli olmağa çağırıb”.

Rusiyalı nazir həmçinin Bakı və Yerevanla təmasları çərçivəsində “istər ölkə olaraq, istırsə də ATƏT-in Minsk qrupu həmsədri sifətilə” vasitəçilik missiyasına bundan sonra da davam edəcəklərini vurğulayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}