11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
Qubada futbol oynayan 25 nəfər cərimə olunub
Tarix: 14-07-2020 11:58 | Bölmə: Xəbərlər
Qubada futbol oynayan 25 nəfər cərimə olunub

Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması və koronavirus pandemiyasının kütləvi yayılmasının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Reyting.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Birinci Nügədi kəndi ərazisində qaydaları pozaraq futbol oynayan 25 nəfər şəxs saxlanılıb.

Onlar barəsində də İXM-nin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}