16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Bakıda kriminal avtoriteti öldürən şəxs həbs olunub
Tarix: 15-07-2020 17:14 | Bölmə: Xəbərlər
Bakıda kriminal avtoriteti öldürən şəxs həbs olunub

Suraxanı rayon Prokurorluğu qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Reyting.az
-a daxil olan məlumata görə, iyulun 2-i saat 23 radələrində paytaxtın Suraxanı rayon sakini 1979-cu il təvəllüdlü Mail Mustafayevin öldürülməsi ilə əlaqədar Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb:

"Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin tanışı 1989-cu il təvəllüdlü Aslan Sadıqov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Aslan Sadıqov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub və Suraxanı rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkən tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir".

Xatırladaq ki, 1979-cu il təvəllüdlü M.Mustafayev kriminal aləmdə "Hövsanlı Mayıl", "Mayıl Naxçıvanski" kimi tanınıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}