Daha 159 Azərbaycan vətəndaşı vətənə gətirilib - Foto
Tarix: 16-07-2020 21:38 | Bölmə: Xəbərlər
Daha 159 Azərbaycan vətəndaşı vətənə gətirilib

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 16-da axşam saatlarında Daşkənddən 159 Azərbaycan vətəndaşı ilə çarter reysi yerinə yetirib.

AZAL-dan Reyting.az-a verilən məlumata görə, yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb.

Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀

Məlumat üçün bildirək ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.
Daha 159 Azərbaycan vətəndaşı vətənə gətirilib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}