Koronavirus hələ uzun müddət davam edəcək
Tarix: 02-08-2020 10:51 | Bölmə: Xəbərlər
Koronavirus hələ uzun müddət davam edəcək

COVID-19 epidemiyası hələ uzun müddət davam edə bilər. Belə bir qənaətə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gəlib.

Reyting.az
-ın RİA “Novosti”yə istinadla verdiyi məlumata görə, şənbə günü təşkilatın fövqəladə komitəsinin iclasında iştirak edən nümayəndələr bu nəticəyə gəliblər ki, pandemiya ilə bağlı beynəlxalq əhəmiyyətə malik olan xüsusi vəziyyət qalır.

Mütəxəssislər ÜST-ə və onun müttəfiqlərinə koronavirusla mübarizə üzrə səylərə görə minnətdarlıq ediblər.

Təşkilatın fövqəladə komitəsində pandemiya probleminin həlli üzrə səyləri birləşdirməyə ehtiyac olduğu qeyd edilib və gənclərə xəstəliyin yayılmasının qarşısının alınması üçün bütün mümkün üsullardan istifadə çağırışı edilib.

Ekspertlər növbəti dəfə üç ay sonra pandemiya ilə bağlı vəziyyəti qiymətləndirəcəklər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}