16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Xaricdən gələnlər hava limanında təkrar testdən keçiriləcək
Tarix: 03-08-2020 18:13 | Bölmə: Xəbərlər
Xaricdən gələnlər hava limanında təkrar testdən keçiriləcək

"Hazırkı yumşalma tendensiyalarını nəzərə alınaraq xaricdən gələn vətəndaşlarla bağlı müəyyən fərqli qaydaların tətbiq olunması nəzərdən keçirilməkdədir”.

Reyting.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Bununla əlaqədar müzakirələr aparılıb. Ümumi fikir budur ki, xaricdən gələn vətəndaşlar həmin ölkədə 48 saatlıq etibarlılığı olan test veriblərsə, onlar Bakı hava limanında haqqı özləri tərəfindən ödənilməklə təkrar test verə bilərlər, test verilmədiyi təqdirdə onlar karantinə göndəriləcəklər. Hazırda bu məsələnin detalları üzərində işlənilir”, - o əlavə edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}