07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Keçmiş xidmət rəisi Türkiyədə vəfat edib
Tarix: 03-08-2020 23:10 | Bölmə: Xəbərlər
Keçmiş xidmət rəisi Türkiyədə vəfat edib

Dövlət Miqrasiya Xidmətinin keçmiş rəisi, general-leytenant Firudin Nəbiyev bu gün vəfat edib.

Reyting.az
xəbər verir ki, yayılan məlumata görə, uzun müddət xəstəlikdən əziyyət çəkən F.Nəbiyev müalicə olunduğu Türkiyədə vəfat edib. 

Xatırladaq ki, Firudin Hilal oğlu Nəbiyev 4 avqust 1960-cı ildə Ermənistan SSR-in Dərələyəz mahalında anadan olub. O, 1988-ci ildə İvanov şəhər Kimya Texnologiya İnstitutunu, 2009-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

O, Yüngül Sənaye Nazirliyinin müəssisələrində müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Prezidentinin 1 iyul 2003-cü il tarixli sərəncamı ilə Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Azərbaycan Prezidentinin 15 avqust 2006-cı il tarixli sərəncamı ilə F.Nəbiyevə general-mayor hərbi rütbəsi verilib.

F.Nəbiyev Azərbaycan Prezidentinin 13 fevral 2012-ci il tarixli sərəncamı ilə Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilib. Dövlət başçısının 6 mart 2012-ci il tarixli sərəncamı ilə III dərəcəli Dövlət Miqrasiya Xidməti müşaviri ali xüsusi rütbəsi verilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}