Prokurorluğun 10 əməkdaşı məsuliyyətə cəlb edilib
Tarix: 05-08-2020 17:42 | Bölmə: Xəbərlər
Prokurorluğun 10 əməkdaşı məsuliyyətə cəlb edilib

Bu ilin birinci yarısında xidməti fəaliyyətlərində qanun pozuntusuna yol vermiş 10 prokurorluq işçisi barədə xidməti yoxlamalar aparılaraq, intizam məsuliyyətinə cəlb ediliblər.

Bu barədə prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində Baş prokuror Kamran Əliyev bildirib.

K. Əliyev qeyd edib ki, onlardan 3 nəfərinə töhmət, 1 nəfərinə şiddətli töhmət verilib, 5 nəfər vəzifədən kənarlaşdırılıb, 1 nəfər isə prokurorluq orqanlarından xaric edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}