Baş Prokurorluqda struktur dəyişiklikləri aparılıb
Tarix: 05-08-2020 18:09 | Bölmə: Xəbərlər
Baş Prokurorluqda struktur dəyişiklikləri aparılıb

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsində struktur dəyişiklikləri aparılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsi zamanı məlumat verib.

K. Əliyev bildirib ki, mövcud idarənin bazasında daha çevik, mobil və dinamik idarəetməyə malik şöbələr - Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil, Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi, Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi, Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi, Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbələri yaradılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}