17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Azərbaycan Livana 1 milyon dollar yardım ayırdı
Tarix: 05-08-2020 22:49 | Bölmə: Xəbərlər
Azərbaycan Livana 1 milyon dollar yardım ayırdı

Azərbaycanın Baş Naziri Əli Əsədov Livan Respublikasına maliyyə yardımının göstərilməsi barədə sərəncam imzalayıb.

Reyting.az
xəbər verir ki, sərəncamda, 2020-ci il 4 avqust tarixində Livan Respublikasının paytaxtı Beyrut şəhərində baş vermiş güclü partlayışın çoxsaylı insan tələfatına və irimiqyaslı dağıntılara səbəb olduğu bildirilir.  

Sərəncamda deyilir ki, baş vermiş faciənin nəticələrinin aradan qaldırılması üçün Livan Respublikasının humanitar yardıma ehtiyacını nəzərə alaraq, həmin ölkəyə maliyyə yardımının göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Xarici İşlər Nazirliyinə 1 000 000 ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılıb.

Maliyyə Nazirliyinə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etmək tapşırılıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}