Dünyada 20 milyondan çox insan virusa yoluxub
Tarix: 10-08-2020 08:35 | Bölmə: Xəbərlər
Dünyada 20 milyondan çox insan virusa yoluxub

Dünyada koronavirusa yoluxanların sayı 20 milyonu keçib.

ABŞ-ın Cons Hopkins Universitetinin açıqladığı son hesabatında bildirir ki, dünyada yeni növ virusdan ölənlərin sayı 733139-a çatıb. Sağalanların sayı isə 12882472 nəfərdir.

Koronavirusdan ən çox zərər çəkən ölkə ABŞ-dır: 5196521 yoluxma, 165564 ölüm.

Latın Amerikasında ən çox COVID-19 hadisəsi və ölüm hallarına sahib olan Braziliya dünyada yoluxma sayına görə ikinci ölkədir – 3035422 nəfər.

Hindistan, Rusiya, Cənubi Afrika və Meksika da pandemiyanın ağır təsirinə məruz qalmış ölkələr sırasındadır.

Hazırda yoluxma sayının sıfıra endiyi Çində bu günə qədər 4680 ölüm, 88 452 yoluxma qeydə alınıb. Onlardan 81593 nəfəri sağalıb.

Qeyd edək ki, keçən ilin sonlarından bəri yeni növ koronavirus dünyanın 213 ölkəsini əhatə edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}