Beyləqanda yas mərasimi keçirənlər cərimələnib
Tarix: 10-08-2020 11:53 | Bölmə: Xəbərlər
Beyləqanda yas mərasimi keçirənlər cərimələnib

Beyləqan Rayon Polis Şöbəsinə rayonun Allahyarlı kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Reyting.az-a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gəlib və orada karantin rejiminin qaydalarının pozulduğu aşkar edilib. Mərasim dayandırılıb və orada olanlardan 8 nəfər polis şöbəsinə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}