Tramp Putinlə görüşmək istəyir
Tarix: 11-08-2020 09:14 | Bölmə: Xəbərlər
Tramp Putinlə görüşmək istəyir

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putini G7-lərin görüşünə dəvət edəcək. Amerika lideri deyib ki, noyabrda - Prezident seçkilərindən sonra keçirmək istədiyi görüşdə Putini də görmək istəyir.

Reyting.az
RİA Novosti-yə istinadla xəbər verir ki, bir sıra liderləri həmin görüşə dəvət edən Tramp, Putinin də toplantıya dəvət olunmasını çox vacib amil sayır: “G7-yə üzv olmayan liderləri dəvət edəcəyik. Bəziləri artıq dəvətnamələri qəbul edib".

İclasın noyabrda keçirilməsinə gəldikdə, Tramp düşünür ki, seçkilərdən sonra ab-hava daha yaxşı olacaq.

Qeyd edək ki, daha əvvəl Tramp, “Böyük yeddilər”in iclasını sentyabr ayına təxirə saldığını və oraya əlavə dörd ölkəni dəvət etmək istədiyini bildirib: Rusiya, Hindistan, Avstraliya və Koreya Respublikası. O, G7-də Rusiyanın da olmasını vacib sayır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}