07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Serbiyalı nazir Azərbaycana gəlib - Foto
Tarix: 11-08-2020 09:50 | Bölmə: Xəbərlər
Serbiyalı nazir Azərbaycana gəlib

Serbiya Respublikası Baş Nazirinin müavini və Daxili işlər naziri Neboyşa Stefanoviçin Azərbaycana səfəri başlayıb.

N. Stefanoviç eyni zamanda Milli Təhlükəsizlik Şurasının katibidir.

Serbiyalı nazir Azərbaycana gəlib

Qeyd edək ki, avqustun 7-də Serbiya prezidenti Aleksandr Vuçiç Azərbaycan prezidenti İlham Əliyevlə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirmiş, vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd etmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}