11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
BNA marşrut xətlərinə rekord sayda avtobus çıxarıb
Tarix: 12-08-2020 09:58 | Bölmə: Xəbərlər
BNA marşrut xətlərinə rekord sayda avtobus çıxarıb

12 avqust tarixində 163 marşrut (153 müntəzəm və 10 ekspres) üzrə xətlərə 2130 ədəd avtobus çıxarılıb.

Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, bu, indiyə qədər qeydə alınan rekord göstəricidir. Məqsəd hər gün 20-25 faiz artan sərnişin tələbatını ödəməkdir.

BNA bildirir ki, son statistik məlumatlara əsasən, sərnişin axınında da ən maksimal göstərici müşahidə olunur. Belə ki, hazırda gün ərzində 1.600.000-dən artıq sərnişin səfər sayı qeydə alınır.

BNA mövcud vəziyyətdə avtobusların rahat və maneəsiz hərəkətinin vacibliyini nəzərə alaraq fərdi avtomobil sürücülərindən bu məsələdə anlayışlı olmağı xahiş edir: “Tövsiyə edirik ki, yollarda mümkün qədər avtobusların hərəkətinə üstünlük versinlər, dayanma-durma və parklanma qaydalarına əməl etsinlər”.

Qeyd edək ki, nəqliyyat vasitələrinin çoxluğundan və qol nəqliyyat hadisələri səbəbindən yaranan sıxlıq halları sərnişindaşımaların təşkilində çətinliklər yaradır. Xüsusən pik saatlarda yaranan sıxlıqlar nəticəsində avtobuslararası intervallar pozulur. Bu isə ümumilikdə sərnişindaşımaların təşkilinə mənfi təsir edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}