Nazir əvəzi özünə müşavir təyin edib - Dəyişiklik
Tarix: 12-08-2020 13:57 | Bölmə: Xəbərlər
Nazir əvəzi özünə müşavir təyin edib

Mədəniyyət nazirinin müşaviri vəzifəsinə təyinat olub.

Reyting.az
xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimovun imzaladığı əmrlə Elnur Əli oğlu Əliyev Mədəniyyət nazirinin müşaviri təyin olunub.

E. Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit ixtisası üzrə bakalavr və 2001-ci ildə İqtisad Universitetinin eyni ixtisas üzrə magistr dərəcəsini, 2013-cü ildə Böyük Britaniyanın Mançestr Universitetinin Maliyyə ixtisası üzrə MBA dərəcəsini alıb.

E. Əliyev 2000-2008-ci illərdə Xarici İşlər Nazirliyi sistemində çalışıb. 2008-2017-ci illərdə İslam İnkişaf Bankında işləyib. Son təyinata qədər Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın Ticarət Nümayəndəsi kimi çalışıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}