16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Baş direktor “Azəriqaz”da kadr dəyişikliyi edib
Tarix: 16-09-2020 16:24 | Bölmə: Xəbərlər
Baş direktor “Azəriqaz”da kadr dəyişikliyi edib

“Azəriqaz” İstehsalat Birliyində növbəti kadr dəyişikliyi olub.

“Azəriqaz”dan Reyting.az-a verilən məlumata görə, baş direktor Ruslan Əliyevin müvafiq əmri ilə Rəşad Mübariz oğlu Cavadov Birliyin Tərtər Regional qaz istismarı İdarəsinin rəisi təyin edilib.

Rəşad Cavadov bu təyinata qədər “Azəriqaz” İstehsalat Birliyinin Abonent bazasında xidmət şöbəsinin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Tərtər Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsində çalışmış Hüseyn Şirinov bu günlərdə tutduğu vəzifədən azad edilərək Xaçmaz Regional qaz istismarı İdarəsinin rəisi təyin olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}