AAK-a iki şöbə müdiri təyin olunub
Tarix: 16-09-2020 16:40 | Bölmə: Xəbərlər
AAK-a iki şöbə müdiri təyin olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) kadr dəyişiklikləri olub.

Reyting.az
xəbər verir ki, bununla bağlı AAK sədri Famil Mustafayev müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Asif Rüstəmli Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) Humanitar, ictimai elmlər və sənətşünaslıq şöbəsinin müdiri vəzifəsindən azad edilib. O, daha yüksək vəzifəyə - AAK-ın Akkreditasiya şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

AAK sədrinin digər əmri ilə Mübariz Məmmədli Humanitar, ictimai elmlər və sənətşünaslıq şöbəsinə müdir təyin olunub. O, bu təyinata qədər həmin şöbədə müdir müavini vəzifəsində çalışıb.(Report)




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}