Bakıda ad günü məclisi keçirən şəxslər cərimələnib
Tarix: 17-09-2020 10:37 | Bölmə: Xəbərlər
Bakıda ad günü məclisi keçirən şəxslər cərimələnib

Səbail rayonunda yerləşən restoranlardan birində bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi keçirmələri ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər araşdırılıb.

Daxili İşlər Nazirliyindən Reyting.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə sentyabrın 14-də keçirilən ad günü məclisinin təşkilatçısı, Abşeron rayon sakini Günel Dəmirova və onun 6 nəfər rəfiqəsi, restoran işçilərindən 4 nəfər müəyyən olunub.

Məclisdə iştirak edən şəxslər və restoranın işçiləri karantin qaydalarını pozduqları üçün barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}