16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Livan erməniləri deputatın Şuşadakı evinə köçürülüb
Tarix: 17-09-2020 12:39 | Bölmə: Xəbərlər
Livan erməniləri deputatın Şuşadakı evinə köçürülüb

“Son günlər Livan erməniləri Şuşaya köçürülür. Mən öz yaşadığımız evə ermənilərin köçürüldüyünü gördüm və bu, məni çox məyus etdi”.

Bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri, deputat Tural Gəncəliyev deyib.

T. Gəncəliyev bildirib ki, Livandakı ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi beynəlxalq cinayətdir.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərin sayını artırılmalıdır:

“Biz Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ilə birgə bu görüşləri, əməkdaşlığı genişləndirməliyik”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}