46 yaşlı şəxs qayınata və qayınanasını güllələyib - Yenilənib
Tarix: 18-09-2020 09:58 | Bölmə: Xəbərlər
46 yaşlı şəxs qayınata və qayınanasını güllələyib

Bu gün səhər saatlarında Xaçmaz rayonunun Ləcət kəndində qətl baş verib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, kənd sakini, 46 yaşlı Rəhman Osmanov ov tüfəngi ilə qayınanası və qayınatasını güllələyib. Aldığı xəsarətdən qayınanası, 57 yaşlı Sona Yunusova yerindəcə ölüb, qayınatası Beykəs Yunusov isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

R. Osmanov artıq şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

***

Xaçmazda kürəkəni tərəfindən güllələnərək xəsarət alan kişi xəstəxanada ölüb.

Məlumata görə, kürəkəni R. Osmanov tərəfindən ov tüfəngindən açılan atəşlə ağır xəsarət alan Beykəs Mirzəcan oğlu Yunusov yerləşdirildiyi Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}