17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Bacısını öldürən məmur oğlu polisə təslim olub
Tarix: 21-09-2020 09:31 | Bölmə: Xəbərlər
Bacısını öldürən məmur oğlu polisə təslim olub

Bakıda qətl törədilib.

Reyting.az
-ın məlumatına görə, hadisə Xəzər rayonunun Türkan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Məhəmməd Babayev münaqişə zəminində bacısı, 1996-cı il təvəllüdlü Aydan Babayevanı odlu silahla 3 dəfə atəş açaraq qətlə yetirib.

M. Babayev daha sonra könüllü şəkildə polisə təslim olub.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, hadisəni törədən şəxs Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevin oğlu, ölən isə qızıdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}