Məmur oğlu barəsində həbs qərarı verilib
Tarix: 23-09-2020 09:39 | Bölmə: Xəbərlər
Məmur oğlu barəsində həbs qərarı verilib

Xəzər Rayon Məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən 1996-cı il təvəllüdlü Məhəmməd Babayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Reyting.az
-ın məlumatına görə, keçirilən prosesdə təqdimat təmin edilib. Qərara əsasən, M. Babayev barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, senytabrın 20-də Xəzər rayonu, Türkan qəsəbə sakini, 1996-cı il təvəllüdlü Məhəmməd Babayev münaqişə zəminində bacısı, 1991-ci il təvəllüdlü Aydan Babayevanı odlu silahla 3 dəfə atəş açaraq qətlə yetirib.

M. Babayev daha sonra könüllü şəkildə polisə təslim olub.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, hadisəni törədən şəxs Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevin oğlu, ölən isə qızıdır.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}