14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
İki ölkədə koronavirusa yoluxma sayı rekord həddə çatıb
Tarix: 25-09-2020 09:16 | Bölmə: Xəbərlər
İki ölkədə koronavirusa yoluxma sayı rekord həddə çatıb

Son sutka ərzində Fransada 16 mindən çox insan yeni COVID-19-a yoluxub.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ölkənin “Sante Publique” Sanitariya Xidməti məlumat yayıb.

Məlumata görə, ölkədə koronavirus epidemiyasının başlanğıcından bəri ümumi yoluxma sayı 497 mindən çox olub. Onlardan 31511 nəfəri dünyasını dəyişib.

Son 24 saat ərzində 52 nəfərin öldüyü bildirilib.

Koronavirusun sürətlə yayıldığı ölkələrdən biri də Çex Respublikasıdır. Son sutkada Çex Respublikasında koronavirusdan 19 nəfər ölüb. Bu, ölkədəki pandemiya dövründə yoluxanlar arasında rekord sayda ölüm faktıdır.

“RİA Novosti” ölkənin Səhiyyə Nazirliyinə istinadla bildirir ki, avqustun sonu ilə müqayisədə ağır xəstə sayı beş qat (120 nəfər) artıb. Cümə axşamı saat 18.00-a qədər aktiv xəstələrin sayı 28 933 nəfər olub, bunlardan 670-i xəstəxanaya yerləşdirilib. Ümumiyyətlə, pandemiya zamanı ölkə üzrə 567 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, Avropa Xəstəliklərin qarşısının alınması və Nəzarət Mərkəzi (ECDC) Çexiyanı epidemiyanın ən sürətlə inkişaf etdiyi 7 ölkə sırasına əlavə edib. Bu siyahıya Çexiyadan əlavə İspaniya, Malta, Rumıniya, Bolqarıstan, Xorvatiya və Macarıstan da daxildir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}