17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
ABŞ səfiri: "Tərəflərə kömək etməyə hazırıq”
Tarix: 28-09-2020 13:00 | Bölmə: Xəbərlər
ABŞ səfiri: "Tərəflərə kömək etməyə hazırıq”

“Bütün ölkələrin və təşkilatların gərginliyi azaltmaq barədə tərəflərə çağırışına biz də qoşuluruq”.

Bunu “Report”a Azərbaycan – Ermənistan təmas xəttində mövcud vəziyyəti şərh edən ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberger bildirib.

“Münaqişəni dinc yolla həll etmək üçün tərəflərin danışıqlar masasına qayıdacağına çox ümidvarıq. Vəziyyətin zorakılığa çatmasından təəssüflənməmək mümkün deyil. Bu vəziyyətin sülh yolu ilə həlli üçün tərəflərə kömək etməyə hazırıq”, – diplomat deyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}