16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Novella Cəfəroğlu cəbhəyə getmək istəyir
Tarix: 29-09-2020 10:52 | Bölmə: Xəbərlər
Novella Cəfəroğlu cəbhəyə getmək istəyir

“Biz, nəhayət Qarabağ məsələsini həll etməliyik. Köçkünlərimiz öz yurdlarına qayıtmalıdır. Söz demək çətindir, mən uğur istəyirəm və inşallah ki, bu da olacaq. Əsgərlərimizə, ordumuza uğurlar diləyirəm. Hərbi əməliyyatlar davam etdirilməlidir. Ya ölməli, ya da qalmalıyıq. Başqa yolumuz yoxdur”.

Bu sözləri Reyting.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu cəbhədə Azərbaycan Ordusunun hərbi əməliyyatlarından danışarkən deyib.

Hüquq müdafiəsi əlavə edib ki, düşmən Azərbaycan Ordusunun gücünü hiss etməsə bu torpaqları bizə qaytarmyacaq: “İndi Azərbaycan Ordusu bu gücünü nümayiş etdirir. Bu gün elə məqamdır ki, biz birgə olmalıyıq”.

N. Cəfəroğlu əlavə edib ki, mətbuatı mümkün qədər izləyir: “Bəzən bədxahlar Türkiyə haqqında kampaniya aparırlar. Xüsusilə, Rusiya kanallarında. Türkiyənin bu müharibəyə aidiyyəti yoxdur. Rusiya Ermənistana silah satır, elə bizə də satmaqdan imtina etmirlər. Biz sona qədər getməliyik. Bəli, bu gün erməni həm Azərbaycandan, həm də Türkiyədən qorxur. Odur ki, sona qədər getməliyik”.

N. Cəfəroğlu bəyan edib ki, cəbhəyə getməyə və Azərbaycan əsgərləri üçün yemək bişirməyə hazırdır: “Vallah, düz deyirəm. Gedib əsgərimin yanında oturub onlara yemək bişirərəm. Bizim bu qəhraman balalarımızdan başqa kimimiz var ki?”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}