Nikol Paşinyan: “…bir söz demək çətindir”
Tarix: 30-09-2020 10:49 | Bölmə: Xəbərlər
Nikol Paşinyan: “…bir söz demək çətindir”

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə etdiyi telefon zənglərindən söz açıb.

Paşinyan rusiyalı jurnalistlərə deyib ki, telefon danışığı zamanı Rusiyanın Qarabağ döyüşlərinə hərbi müdaxiləsi barədə danışmayıblar.

Paşinyan münaqişə bölgəsinə sülhməramlı qüvvələrin yerləşdirilməsinə də ehtiyac olmadığını xatırladıb.

“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciəti siyasi məsələdir. Müraciət etmək üçün çatacaq məqamın müddəti barədə bir söz demək çətindir. Ümumi siyasi kontekstdən asılı olaraq təhlükəsizliyimiz üçün bütün variantları gözdən keçiririk”.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}