Zahid Oruc: “Bişkek müqaviləsi əhəmiyyətini itirib”
Tarix: 30-09-2020 12:16 | Bölmə: Xəbərlər
Zahid Oruc: “Bişkek müqaviləsi əhəmiyyətini itirib”

“Prezident İlham Əliyevin dünən Rusiyanın telekanalında yayımlanan “60 dəqiqə” verilişində çıxışı ilə informasiya savaşında da uğurlu mövqe təqdim etdi”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.

Z. Oruc bildirib ki, Prezidentin həmin telekanalda səsləndirdiyi fikirlər bizim üçün tezis olmalıdır:

“Orada 3-cü dövlətlərin də bu savaşda iştirakı məsələsinə toxunuldu. Azərbaycan Prezidentinin dünənki çıxışı onun siyasi və informativ savaşı da uğurla apardığını göstərdi. Azərbaycan Ordusu yeni hərbi siyasi reallıq yaradır. Bunun nəticələri Bişkekdə deyil, Şuşada olan müqavilə ilə nəticələnəcək. 1994-cü ildə imzalanan Bişkek müqaviləsi artıq əhəmiyyətini itirib”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}