Azərbaycan PUA-ları Xankəndi səmasında uçur
Tarix: 01-10-2020 11:24 | Bölmə: Xəbərlər
Azərbaycan PUA-ları Xankəndi səmasında uçur

Ermənistanın işğalı altında olan Xankəndi şəhərində hər yarım saatdan bir həyəcan siqnalı verilir.

Bu barədə "Exo Moskvı" radiostansiyası məlumat yayıb.

Bildirilir ki, erməniləri dəhşətə salan, onların kabusuna çevrilən Azərbaycanın uçan pilotsuz aparatlarıdır (PUA). Xankəndidə məskunlaşdırılan ermənilərin böyük əksəriyyəti Azərbaycan Ordusunun əks-hücum həmlələrindən qorxuya düşərək şəhəri tərk edib. Şəhərdə qalan az sayda erməni isə PUA-nın yaratdığı qorxunun təsirindən günlərini sığınacaqlarda keçirmək məcburiyyətində qalıblar.

Xatırladaq ki, sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21.30-dək düşmən canlı qüvvədə, hərbi və döyüş texnikasında xeyli itki verib və bütün cəbhə boyunca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}